XƏBƏRLƏR / Nəqliyyat

Heydər Əliyev prospektində yol hərəkəti bərpa olunub

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb

Heydər Əliyev prospektində  yol hərəkəti bərpa olunub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Heydər Əliyev prospektinin əsas yol üzrə qazılmış hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən bərpası istiqamətində müvafiq işlər qısa müddət ərzində həyata keçirilərək, hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.

    Bu barədə AAYDA-dan məlumat verilib.

    Xatırladaq ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin “Koroğlu” metrostansiyası istiqamətində olan hissəsinin altından keçən su borusunda qəzanın baş verməsi idi.

    Qəza baş verəndən dərhal sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və aidiyyəti qurumun əməkdaşları cəlb olunmuşdu. Agentlik tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülmüşdü.

    Aidiyyəti qurum tərəfindən qəzanın aradan qaldırlması üçün prospektdə gecə saatlarında qazıntı işlərinə başlanılıb və səhər saatlarında qəza aradan qaldırılıb.