XƏBƏRLƏR / Nəqliyyat

Bakı-Naxçıvan təyyarəsi tufana görə hava limanına qayıtdı

Bu barədə AZAL-dan bildirilib

Bakı-Naxçıvan təyyarəsi tufana görə hava limanına qayıtdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-271 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanı ətrafındakı tufanla əlaqədar uçuş aeroportuna qayıtmaq qərarına gəlib.

    Bu barədə AZAL-dan bildirilib.

    Təyyarə saat 16:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcək.