XƏBƏRLƏR / Nəqliyyat

AZAL-ın bir sıra reysləri təxirə salınıb

“Azərbaycan Hava Yolları" xəbər verir

AZAL-ın bir sıra reysləri təxirə salınıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv olunub.

    AZAL-a istinadən xəbər verir ki, bunlar aşağıdakılardır:

    • Bakı – Dammam – Bakı (J2 8205/8206)

    • Bakı – Bəhreyn – Bakı (J2 505/506)

    • Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)

    • Bakı – Lahor – Bakı (J2 145/146)

    Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:

    • 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı

    • 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı

    Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və yaxud biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.