Bu gün Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək
Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası çərçivəsində oyunu keçiriləcək
Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, bu zaman "Koroğlu" stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək; qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək; oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq; Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.
Xatırladaq ki, "Sabah" Çempionlar Liqasının əsas mərhələsində Çex Respublikasının "Slaviya" klubu ilə saat 20:45-də Bakı Olimpiya Stadionunda qarşılaşacaq.
1 dəqiqədən az