Təbriz–Bakı–Məşhəd marşrutu üzrə ilk reys həyata keçirilib
Aviareys İranın milli aviadaşıyıcısı “Homa” aviaşirkəti tərəfindən təşkil edilib
İranın milli aviadaşıyıcısı “Homa” aviaşirkəti Təbriz–Bakı–Məşhəd marşrutu üzrə ilk müntəzəm reysi həyata keçirib.
Bu barədə “Fars” agentliyi məlumat yayıb.
Qeyd edilib kli, bu gündən etibarən hər bazar günü həyata keçiriləcək reys iki ölkə arasında hava əlaqələrini gücləndirmək məqsədilə təşkil olunub.
“Homa” aviaşirkəti bununla yanaşı, bazar ertəsi və cümə axşamı günləri Tehran–Bakı və Bakı–Tehran marşrutları üzrə də müntəzəm reyslər həyata keçirir.
1 dəqiqədən az