XƏBƏRLƏR / Nəqliyyat

Türkiyə və Azərbaycanla dəmir yolunun bərpası tenderi

Ermənistanda baş tutmayan tenderdə Qazaxıstan və Özbəkistan şırkətləri iştirak edib

Türkiyə və Azərbaycanla dəmir yolunun bərpası tenderi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın "Factor" agentliyinin məlumatına görə, Ermənistan hökumətinin Türkiyə və Azərbaycan sərhədlərinə dəmir yolunun hissələrinin bərpası layihələri üçün elan etdiyi tenderlər uğursuz olub.

    Nəşrin məlumatına görə, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi 3 sentyabrda Gümrü-Axurik-Türkiyə sərhədi və Yerasx-Naxçıvan sərhədi dəmir yolu hissələrinin bərpası layihələri üçün müsabiqə elan edib.

    Təkliflər Qazaxıstanın "Integra Construction KZ" və Özbəkistanın "BOSHTRANSLOYIHA" şirkətlərindən alınıb. Axurik layihəsi üçün Özbəkistan şirkəti 1,9 milyon dollar, Qazaxıstan şirkəti 3,5 milyon dollar, Yerasx hissəsi üçün isə təkliflər müvafiq olaraq 450.000 və 890.000 dollar olub.

    Nəşrin məlumatına görə, hər iki şirkətin təklifləri lisenziyaların olmaması səbəbindən rədd edilib. Nəticədə, 6 oktyabrda tender etibarsız elan edilib.