XƏBƏRLƏR / Nəqliyyat

Tbilisi - “Qırmızı Körpü” yoluna 100 milyon lari ayrılır

Bu barədə Gürcüstanın 2027-ci il dövlət büdcəsi layihəsinin ilkin versiyasında qeyd olunub

Tbilisi - “Qırmızı Körpü” yoluna 100 milyon lari ayrılır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürcüstanda 2027-ci ildə yol infrastrukturunun yaxşılaşdırılmasına 1 milyard 332 milyon lariyədək vəsait ayrılması nəzərdə tutulur. Bunun 723 milyon larisi sürətli avtomobil magistrallarının tikintisinə yönəldiləcək.

    Bu barədə Gürcüstanın 2027-ci il dövlət büdcəsi layihəsinin ilkin versiyasında qeyd olunub.

    Sənədə əsasən, gələn il bir sıra iri yol layihələrinin tikintisi, rekonstruksiyası və reabilitasiyası davam etdiriləcək. Eyni zamanda bir neçə yeni layihənin icrasına başlanılması planlaşdırılır.

    Layihəyə əsasən Tbilisi-Rustavi yolunun ikinci hissəsinin tikintisi üçün 50 milyon lari, Rustavi-Qırmızı Körpü və Algeti-Sadaxlı yollarının tikintisi üçün 105,5 milyon lari nəzərdə tutulub. Bununla yanaşı, Tbilisi ətraf yolunun tikintisinə 210 milyon lari, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Tsitsamuri-Tsinvali hissəsinin tikintisinə 50 milyon lari, Anakliya limanına gedən yolun tikintisi isə 30 milyon lari ayrılacağı gözlənilir.

    Büdcə layihəsində həmçinin avtomobil yollarının dövri təmiri və reabilitasiyası üçün 400 milyon lari ayrılması nəzərdə tutulur.