Yuxarı Lars yolunda 2 min yük maşını ilişib qalıb
Bu barədə Rusiya tərəfi məlumat yayıb
2 minə yaxın yük maşını Yuxarı Lars keçid məntəqəsindən keçmək üçün gözləyir.
Bu barədə Rusiya tərəfi məlumat yayıbş
Bildirilib ki, hazırda Gürcüstan-Rusiya sərhədinə gedən yolda qar uçqunu təhlükəsi səbəbindən hərəkət bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
Ümumilikdə Rusiya tərəfdən 1969 ağır yük maşını Gürcüstana daxil olmaq üçün gözləyir.