İslahatdan sonra Bakıda nə qədər taksi qaldı?
Məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi verib

Bakıda taksilərin sayı qanunvericiliyə dəyişiklik edildikdən sonra azalıb.
Bunu “Fiziki infrastruktur” işçi qrupunun 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclasda AYNA İdarə Heyətinin sədr müavini Heydər Rüstəmov deyib.
O bildirib ki, qanunvericilik qüvvəyə minənədək Bakıda 67 min taksi fəaliyyət göstərirdi.
“Hazırda isə bu rəqəm 23 mindir. Taksi avtomobillərinin ortalama yaşı isə 7 ildir”,- deyə o qeyd edib.