“Uzbekistan Airways” Avropaya Rusiyadan yan keçərək uçacaq
Qərar AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından sonra qəbul edilib

“Özbəkistan Hava Yolları” AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra Rusiyadan yan keçərək Avropaya uçacaq.
Yeni marşrutlar Azərbaycan və Türkiyədən keçir.
Şirkət nümayəndəsinin sözlərinə görə, marşrutların dəyişdirilməsi reysləri 30-40 dəqiqə uzadır və xərcləri artırır, lakin vəziyyətin fors-major xarakterinə görə sərnişinlər üçün gediş haqqı artırılmayacaq.