Gürcüstandan ən çox maşın alan ölkə Azərbaycandır
Bu barədə gürcü mətbuatı xəbər verir
Gürcüstan ilin birinci yarısında 48 603 avtomobili təkrar ixrac edib.
Yerli mətbuat xəbər verir ki, Gürcüstandan ən çox maşın idxal edən ölkə Azərbaycan olub.
İlin birinci yarısında Gürcüstanın ixrac etdiyi avtomobilin üçdə biri Azərbaycanın payına düşüb.
Belə ki, 2023-cü ilin ilk 6 ayında Gürcüstan Azərbaycana 226 milyon dollar dəyərində 14206 ədəd, Qazaxıstana 236 milyon dollar dəyərində 13 916 avtomobil ixrac edib. Növbəti yerdə isə Ermənistan (185 milyon dollar dəyərində 10 235 avtomobil), Qırğızıstan (236 milyon dollar dəyərində 5 480 avtomobil) və Rusiya (53 milyon dollar dəyərində 3 786 avtomobil) gəlir.