XƏBƏRLƏR / Nəqliyyat

Heydər Əliyev prospekti bağlanacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbərdarlıq edir

Heydər Əliyev prospekti bağlanacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, avqustun 2-si saat 22:00-dan avqustun 3-ü saat 05:00-dək Bakı şəhəri, Heydər Əliyev prospektinin 26,4-cü kilometrliyində yol göstərici lövhələrin quraşdırılması işləri aparılacaq.

    İşlərin aparıldığı müddətdə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq qonşu hərəkət zolaqlarına istiqamətləndiriləcək.