4000 yük maşını “Yuxarı Lars”dan keçmək üçün gözləyir
Bu barədə Şimali Osetiya Yol Hərəkətini İdarəetmə Mərkəzi məlumat yayıb
“Yuxarı Lars” keçid məntəqəsindən 4 100-dən çox yük maşını keçmək üçün gözləyir. Bu barədə Şimali Osetiya Yol Hərəkətini İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilir ki, hazırda Rusiyadan Gürcüstana daxil olmaq məqsədilə 4 132 yük avtomobili gözləmə mövqeyindədir.
Qeyd edək ki, Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti sərbəstdir.