Aİ Azərbaycandan Türkiyəyə gedən yolları inkişaf etdirəcək
Müvafiq memorandum Ermənistan və Avropa İttifaqı arasında Brüsseldə imzalanıb FOTO
Aİ Ermənistana Azərbaycan sərhədindən Türkiyəyə qədər avtomobil yolların inkişafında kömək edəcək.
Avropa İttifaqı regional nəqliyyat əlaqəsini inkişaf etdirmək və ölkənin logistika mərkəzi kimi rolunu gücləndirmək üçün Azərbaycan sərhədindən Türkiyə sərhədinə qədər strateji yol marşrutlarının hazırlanmasında Ermənistana dəstək verəcək.
Müvafiq memorandum Avropa Komissiyası, Avropa İnvestisiya Bankı və Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi tərəfindən Brüsseldə keçirilən yüksək səviyyəli "Əlaqə Gündəliyi Platforması" tədbiri zamanı imzalanıb.

Sənəd Şərq Tərəfdaşlığı Əlaqə İnvestisiyaları təşəbbüsü çərçivəsində məsləhət dəstəyinə başlayır. Layihə sərhəd keçidlərini Ermənistanın yol şəbəkəsi ilə birləşdirəcək 212 kilometrlik Axurik-Kayan və 258 kilometrlik Marqara-Kayan marşrutlarının inkişafını nəzərdə tutur.
İlkin mərhələdə Avropa İnvestisiya Bankı layihənin həyata keçirilməsi üçün zəruri tədqiqatların müəyyən edilməsində və praktiki həllərin hazırlanmasında ekspert dəstəyi göstərəcək.
Ermənistan mediasının məlumatına görə, layihələr Ermənistan hökumətinin "Sülh Kəsişməsi" təşəbbüsünün bir hissəsi kimi həyata keçirilir və regional nəqliyyat əlaqələrinin inkişafına, ölkənin etibarlı nəqliyyat və logistika mərkəzi kimi rolunun gücləndirilməsinə və Avropa İttifaqının nəqliyyat infrastrukturunun inkişaf proqramının təşviqinə yönəlib.
Sənəd Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyanın Brüsselə səfəri zamanı imzalanıb.
1 dəqiqə