XƏBƏRLƏR / Nəqliyyat

Azərbaycan Çindən 24 yeni sərnişin qatarı almaq istəyir

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb

Azərbaycan Çindən 24 yeni sərnişin qatarı almaq istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Çindən 24 yeni sərnişin qatarı almağı planlaşdırır.

    "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov Çinə səfəri zamanı CRRC Zhuzhou Locomotive Co. şirkətinin baş direktoru Vanq Jiaolin ilə dəmir yolu nəqliyyatında əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparıb.

    Tərəflər Azərbaycanın rayonlararası marşrutlar üçün dörd yeni sərnişin qatarının alınması məsələsini müzakirə ediblər.

    Bundan əlavə, görüşdə 2025-2030-cu illər üçün Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafı üzrə dövlət proqramı çərçivəsində əlavə 20 sərnişin qatarının alınması imkanları müzakirə edilib.

    Tərəflər həmçinin layihənin texniki və kommersiya aspektləri, eləcə də onun həyata keçirilməsi mexanizmləri barədə fikir mübadiləsi aparıblar.