XƏBƏRLƏR / Nəqliyyat

Sədərək-Yerasx dəmir yolu hissəsinə birgə baxış keçirilib

Azərbaycan və Ermənistan nümayəndələrinin birgə təftişi haqda Azərbaycan Nazirlər Kabineti xəbər yayıb

Sədərək-Yerasx dəmir yolu hissəsinə birgə baxış keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx (Arazdəyən) dəmir yolu hissəsinə birgə baxış keçiriblər.

    Nazirlər Kabinetindən verilən məlumata görə, 15 yanvar tarixində Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu hissəsinin mövcud infrastrukturunu birgə yoxlayıblar.

    Yoxlamanın məqsədi hissənin ixtisaslaşdırılmış dəmir yolu tikinti texnikasının hərəkəti və bərpa işləri üçün texniki yararlılığını qiymətləndirmək idi.

    Səfər zamanı tərəflər infrastrukturun vəziyyəti və gələcək texniki addımlar barədə fikir mübadiləsi aparıblar.