Bakı–Naxçıvan aviareysləri hava şəraitinə görə ləğv edilib
Bu barədə Azərbaycan Hava Yolları xəbər verir
Azərbaycan Hava Yollarının (AZAL) bu günə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.
AZAL-dan bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra olunmağa davam edəcək.
Xatırladaq ki, AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.
1 dəqiqədən az