XƏBƏRLƏR / Nəqliyyat

Kazan aeroportu uçuşları dayandırıb

Məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib

Kazan aeroportu uçuşları dayandırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kazan hava limanı Moskva vaxtı ilə saat 06:00-dan etibarən uçuşların qəbulunu və yola salınmasını müvəqqəti dayandırıb.

    Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artyom Korenyako məlumat yayıb.

    Onun sözlərinə görə, məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.

    “Hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və yola salmır. Təyyarənin ekipajları, dispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər”, - Korenyako vurğulayıb.