XƏBƏRLƏR / Nəqliyyat

Moskva hava limanlarında 90-dan çox reys gecikir

“Vnukovo”, “Domodedovo”, “Şeremetyevo” və “Jukovski” hava limanlarında uçuşlara məhdudiyyət tətbiq edilib

Moskva hava limanlarında 90-dan çox reys gecikir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Yandex. Raspisaniye" xidmətinin məlumatına görə, Moskva hava limanlarında 90-dan çox reys gecikir və ya ləğv edilir.

    "Rosaviasiya" “Vnukovo”, “Domodedovo”, “Şeremetyevo” və “Jukovski” hava limanlarında uçuşlara məhdudiyyətlərin tətbiq edildiyini bildirib. Məhdudiyyətlərə görə 45 sərnişin və iki yük reysi ehtiyat aerodromlara yönləndirilib.

    “Aeroflot” RİA Novosti-yə bildirib ki, “Şeremetyevo”nun bağlanması ilə əlaqədar səhər saatlarında bir sıra reyslər ehtiyat aerodromlara gedib, bəziləri təxirə salınacaq.