İstanbuldan Kazana olan aviareyslər Samaraya yönləndirilir
Kazan hava limanı bağlanıb

Türkiyənin İstanbul şəhərindən Tatarıstanın paytaxtı Kazana uçan təyyarə reysləri Rusiyanın Samara şəhərinə yönləndirilir.
TASS xəbər verir ki, bu barədə Kazan hava limanının mətbuat xidməti bildirib.
Məlumata görə, İstanbuldan başqa, Qazaxıstanın Almatı və Rusiyanın Tomsk şəhərlərindən də Kazana uçuş reyslər Samara istiqamətinə yönləndirilib.
Qeyd edək ki, PUA hücumları ilə əlaqədar Kazan hava limanı bağlanıb.