Türkiyə sürətli dəmir yolunu Sivasa qədər uzatmaq istəyir
Bu barədə Dəlikavak Tuneli və Dadaşkent-Yıldızkent Qovşağının açılış mərasimində Əbdülqadir Uraloğlu bildirib FOTO
Türkiyə Ərzincan, Ərzurum və Qarsı birləşdirən yüksək sürətli dəmir yolu xəttini Sivasa qədər uzatmağı planlaşdırır.

Layihə Mərkəzi Asiyanı Türkiyə vasitəsilə Avropa ilə birləşdirən nəqliyyat dəhlizinin bir hissəsi olacaq.

Bu barədə Ərzurum-Rizə magistral yolunda Dəlikavak Tuneli və Dadaşkent-Yıldızkent Qovşağının açılış mərasimində çıxış edən Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib.

Nazirin sözlərinə görə, birinci mərhələdə mövcud dəmir yolu xətti modernləşdiriləcək, elektrikləşdirmə və siqnalizasiya ilə təchiz ediləcək. Daha sonra hər iki istiqamətdə hərəkət üçün ikiqat sürətli xətt tikiləcək.
Uraloğlu qeyd edib ki, hazırda Türkiyədə 4850 km dəmir yolu xəttinin tikintisi davam edir, milli dəmir yolu şəbəkəsinin ümumi uzunluğu isə 14300 km-dir.
"Söhbət Türküstandan (Mərkəzi Asiya), Türküstan şəhərindən başlayaraq Türkiyədən Londona qədər uzanan bir xəttdən gedir".
1 dəqiqə