XƏBƏRLƏR / Nəqliyyat

ABŞ hökuməti TRIPP+ ayırdığı vəsaiti ikiqat artırıb

Bu məlumat ABŞ hökumətinin rəsmi xərclər bazasında təqdim edilib

ABŞ hökuməti TRIPP+ ayırdığı vəsaiti ikiqat artırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ hökuməti TRIPP+ Sahibkarlığın İnkişafı Fonduna ayırdığı vəsaiti ikiqat artıraraq 201 milyon dollardan 402 milyon dollara çatdırıb.

    Bu məlumatlar ABŞ hökumətinin rəsmi xərclər bazasında (USAspending.gov) təqdim edilib və Ermənistan layihə üçün bu vəsaitlərin əsas təyinat yeri kimi qeyd olunub.

    Bu maliyyələşdirmə Cənubi Qafqazı Transxəzər Nəqliyyat Dəhlizi ilə birləşdirmək üçün Cənubi Ermənistandan keçən nəqliyyat marşrutunun inkişaf etdirilməsini nəzərdə tutan Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) kommunikasiya təşəbbüsü ilə bağlıdır.