XƏBƏRLƏR / Nəqliyyat

Avqustun 15-də metronun yaşıl və qırmızı xətləri ayrılacaq

Nizami və 28 May stansiyaları arasında qatarların hərəkəti dayandırılacsaq.

Avqustun 15-də metronun yaşıl və qırmızı xətləri ayrılacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı Metropoliteninin yaşıl və qırmızı xətləri avqustun 15-də ayrılmağa başlayacaq.

    Tikinti işləri 10-11 ay davam edəcək. Bu müddət ərzində Dərnəgül Stansiyasından qatarlar yalnız Nizami Stansiyasına gedib-gələcək.

    Nizami və 28 May stansiyaları arasında qatarların hərəkəti müvəqqəti olaraq dayandırılacaq və işlər başa çatdıqdan sonra yaşıl xətt öz xidmətini bərpa edəcək.

    Stansiyalar arasında ödənişli avtobus işləyəcək. Avtobuslar hər 2 dəqiqə 30 saniyə bir yola düşəcək.