Qazaxıstan və Azərbaycan "Xəzər Körpüsü" yaradırlar FOTO
Qazaxıstanın "Samruk-Kazina" holdinqi və Azərbaycan dövlət holdinqi olan AZCON bu barədə müqavilə imzalayıblar
Qazaxıstan və Azərbaycan Xəzər dənizində yeni bərə sistemini işə salmağı və Azərbaycan limanında yük terminalı tikməyi planlaşdırır.

"Samruk-Kazına" və Azərbaycan dövlət holdinqi olan AZCON rəhbərləri yeni transxəzər bərə sistemi olan "Xəzər Körpüsü"nün yaradılması üçün əməkdaşlıq müqaviləsi imzalayıblar.

"Samruk-Kazına" holdinqinin mətbuat xidmətindən verilən məlumata görə, iki ölkənin dəmir yolu şirkətləri arasında birgə müəssisə və intermodal yük terminalı yaratmaq niyyəti ilə bağlı müqavilə də imzalanıb.
Qazaxıstan Dəmir Yolları (KTJ) terminalın Azərbaycanın Ələt limanında inşasının planlaşdırıldığını dəqiqləşdirib.
Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna diqqət yetirərək konteyner və digər nəqliyyat xidmətlərinin inkişaf etdirilməsini hədəfləyir.
1 dəqiqədən az