XƏBƏRLƏR / Nəqliyyat

Bu parkinqlərdə tətbiq edilən qiymətlər kəskin bahalaşıb

Aylıq tariflər 100-170% artıb

Bu parkinqlərdə tətbiq edilən qiymətlər kəskin bahalaşıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakıda Azadlıq meydanının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər artırılır.

    Yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

    Saatlıq tariflər:

    0-1 saat - 1 manat

    1-3 saat - 2 manat

    3-6 saat - 3 manat

    6-12 saat - 5 manat

    12-24 saat 10 manat

    Aylıq tariflər:

    12 saatlıq - 100 manat

    24 saatlıq - 140 manat

    Qonşular - 75 manat

    Qeyd edək ki, daha əvvəl bu parkinqdə qiymətlər 0-2 saat - 1 manat, 2-5 saat - 2 manat, 5-12 saat - 3 manat, 12-24 saat - 6 manat təşkil edirdi.

    Aylıq abunə paketləri isə 12 saat üçün 50 manat, 24 saat üçün isə 80 manat idi.

    ***

    Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb.

    "Trend" xəbər verir ki, yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

    Gündəlik tariflər aşağıdakı kimi olacaq:

    0-2 saat - 1 manat;

    2-4 saat - 2 manat;

    4-6 saat - 3 manat;

    6-10 saat - 4 manat;

    10-12 saat - 5 manat;

    12-24 saat - 8 manat.

    Aylıq tariflər isə belə olacaq:

    Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat);

    Bütün günü (24 saatlıq) - 120 manat (60 manat);

    Qonşular tarifi - 50 manat (20 manat).

    Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.

    Qeyd edək ki, bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.