Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
Nazirlər Kabinetinin taksi maşınlarının texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri təsdiq edib
Müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ,
- şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı,
- müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.
Taksi minik avtomobilləri isə ağ və ya qırmızı rənglərdə olmalıdır.
Keçid müddəalarına əsasən, rəng tələbi 2024-cü il iyulun 1-dən ölkə ərazisinə idxal edilən və ya ölkə ərazisində istehsal edilən avtonəqliyyat vasitələrinə şamil ediləcək.
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq.
Avtomobilin damında öndən və arxadan görünməklə “Taksi” sözü yazılmış "şahmat" qoyulacaq.
Taksilərdə videokameralar quraşdırılacaq.
Avtomobillər ən azı “avro-5” ekoloji standartına uyğun olacaq.
Buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə buraxılış kartı verilməyəcək.
Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.
Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.