Tokioda güclü qar səbəbindən minlərlə uçuş təxirə salınıb
Qarın pik səviyyəsinin yanvarın 5-i gecəyə qədər olacağı bildirilib
Yaponiyanın paytaxtı Tokioda fevralın 5-də güclü qar yağacağı və təhlükəli yol şəraiti olacağı proqnozlaşdırıldığı üçün onlarla aviareys təxirə salınıb.
“The straits times” saytı xəbər verir ki, Tokioda, eləcə də Akita, Xirosima və digər böyük şəhərlərdəki hava limanlarında 34 daxili giriş və çıxış reysi dayandırılıb ki, bu da təxminən 4170 səyahətçinin səfər planının təxirə salınmasına səbəb olub.
Japan Airlines tərəfindən 54 daxili reysin ləğv etməsi ilə təxminən 6160 sərnişinə, Tokio-Seul reysinin birinin ləğv olunması təxminən 200 sərnişinə təsir edib.
Yaponiya Meteorologiya Agentliyinin sözlərinə görə, fevralın 6-da günorta saatlarında qarın qalınlığının 8 sm-ə çatacağı gözlənilir. Həmçinin qarın pik səviyyəsinin yanvarın 5-i gecəyə qədər olacağı bildirilib.
Nəqliyyat Nazirliyinin məlumatında qeyd olunur ki, bəzi böyük şəhər ekspres yolların profilaktika məqsədilə bağlanması nəzərdə tutulub.