Nəqliyyat əlaqələri Naxçıvana dəmir yolundan başlayacaq
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS agentliyinə deyib
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS agentliyinə bildirib: “Biz Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupu formatında görüş keçirdik və nəticədə hərtərəfli sənəd formalaşdırıldı".
O, bəyan edir ki, "regionda nəqliyyat əlaqələrinin açılması Yerasx - Culfa - Meğri - Horadiz marşrutu ilə gedəcək dəmir yolunun bərpası ilə başlayacaq və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhədi keçmə qaydasına müvafiq tərəflərin suverenliyinə hörmət əsasında baş verəcək . Tərəflərin heç biri bu yolun müəyyən hissələrinin onların ərazisində yerləşdiyi ölkənin yurisdiksiyasında olacağına şübhə etmir. Belə ki, bu yola münasibətdə Azərbaycanda Azərbaycan qanunvericiliyi, Ermənistanda isə Ermənistan qanunvericiliyi tətbiq olunacaq. Görünən odur ki, bunlar göz qabağındadır, lakin iki dövlət və xalq arasında yaranmış münasibətləri nəzərə alaraq, bütün bunlar şərtləndirilməlidir”.