XƏBƏRLƏR / Nəqliyyat

Azərbaycan Xankəndi-Ermənistan hava məkanını açdı

Bakı hesab edir ki, hazırda ilk növbədə insanlara təcili yardım göstərmək lazımdır

Azərbaycan Xankəndi-Ermənistan hava məkanını açdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Ermənistan Səhiyyə Nazirliyinin Xankəndi-Əsgəran yolunda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralananlara yardım edəcək helikopterinin Xankəndi şəhərinə gəlməsi üçün hava məkanını açıb. 

    Ermənistan Səhiyyə Nazirliyi Xankəndi şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralananlara yardım göstərəcək.

    Xatırladaq ki, dünən axşam Azərbaycanın Qarabağ bölgəsində, Xankəndi-Əsgəran yolunda  yanacaqdoldurma məntəsində baş vermiş partlayışda 20 nəfər ölüb, 290 nəfər yaralanıb.