Zəngəzur dəhlizinin qarantı ABŞ şirkəti ola bilər
Rusiya ilə İranı kənarda qoyan layihə haqda ABŞ Karnegi Fondunun hesabatında deyilir

Ağ Ev Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan və Ermənistanla fəal işləyir və hər iki ölkəyə təklif irəli sürülüb. Bu barədə Karnegi Fondunun hesabatında deyilir.
Xəbərdə deyilir ki, bu təklifə əsasən, Amerika şirkəti dəhlizin neytral qarantı kimi çıxış edə bilər.
Ermənistan Xarici İşlər Nazirliyi Karnegi Fondunun hesabatındakı məlumatı təkzib etməyib. Nazirlik cavabında bildirib ki, regional kommunikasiyaların açılması Ermənistan üçün prioritet məsələdir və bu səbəbdən müxtəlif ölkələrlə layihələr üzrə müzakirələr aparılır.
Belə olan halda Rusiya və İran Ermənistan ərazisindən keçəcək marşrutdan kənarda qalır və dəhlizin istismarında iştirak edə bilməyəcək.
Bəzi ekspertlər Rusiyanın Azərbaycana və Ermənistana, İranın isə rəsmi Bakıya siyasi hücumlarını məhz bu məsələ ilə əlaqələndirirlər.