Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova Türkiyə istehsalı "Togg" elektromobilləri çatdırılıb.
Bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilir ki, Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır Berdiməhəmmədova 2 ağ rəngli "Togg" avtomobili təqdim edib.
Bundan əvvəl Azərbaycan, Özbəkistan və Qazaxıstan liderlərinə təqdim edilən "Togg" Türkmənistanda yerli mərasimlə qarşılanıb.
Berdiməhəmmədov "Togg"u sınaqdan keçirib və çox bəyəndiyini bildirib.