ABŞ dövlət katibinin müavini bu həftə Azərbaycana gələcək
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat verib
ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison M. Huker Azərbaycana səfər edəcək.
ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat verir ki, səfər bu həftə baş tutacaq.
Qeyd edək ki, xanım Huker hazırda Ermənistandadır, daha sonra Azərbaycana gələcək.
Dövlət katibinin müavininin regiona noyabrın 15-də başlayan səfəri noyabrın 21-də başa çatacaq.
1 dəqiqədən az