ABŞ Ermənistanda hərbi təlim keçirəcək
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb
Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə iyulun 15-dən 24-dək Ermənistanda “EAGLE PARTNER 2024” adlı birgə erməni-amerikan təlimləri keçiriləcək.
Təlimlərdə ER silahlı qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək.
Təlimlər sülhməramlı tapşırıqları yerinə yetirərkən münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üzrə əməliyyatları əhatə edir.
Təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübənin mübadiləsi, o cümlədən erməni bölməsinin döyüş hazırlığının artırılmasıdır.
Sülhməramlı missiyalara hazırlıq çərçivəsində beynəlxalq sülhməramlı əməliyyatlara hazırlaşan bölmələr mütəmadi olaraq tərəfdaş ölkələrdə keçirilən oxşar birgə hərbi təlimlərdə və təlimlərdə iştirak edirlər.