ABŞ hərbçiləri Şəhidlər xiyabanını ziyarət ediblər
Bu barədə şəkilləri ABŞ səfirliy yayıb
ABŞ-ın Oklahoma Milli Qvardiyası nümayəndə heyətinin Azərbaycana səfəri tərəflərin regional təhlükəsizliyin gücləndirilməsinə, sülh və sabitliyin qorunmasına, həmçinin kibertəhlükəsizlik, tibbi hazırlıq, fövqəladə hallara cavab vermə və peşəkar hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə ümumi sadiqliyini təsdiqləyib.
Bu barədə ABŞ səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib .

"2002-ci ildən bəri Oklahoma və Azərbaycan arasında qurulan tərəfdaşlıq göstərir ki, sıx əməkdaşlıq təkcə müdafiə əlaqələrini gücləndirməyə deyil, həm də ölkələr arasında qarşılıqlı anlaşma və etimada töhfə verə bilər", - paylaşımda qeyd edilib.

1 dəqiqədən az