XƏBƏRLƏR / Siyasət

ABŞ-ı İrəvanın sərhəddə qoşun cəmləşdirməsi narahat etmir

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyət haqda danışıb

ABŞ-ı İrəvanın sərhəddə qoşun cəmləşdirməsi narahat etmir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Biz Ermənistan və Azərbaycanı aqressiv ritorikadan və vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
      
    “Biz Ermənistan və Azərbaycanı sərhəddə eskalasiya və hərbi əməliyyatlara səbəb ola biləcək aqressiv ritorikadan çəkinməyə çağırmaqda davam edirik.

    Biz regionda ədalətli və ləyaqətli sülh üçün şəraitin yaradılmasına çağırırıq, burada hər kəsin hüquqlarına hörmət edilməlidir”.

    Əntoni Blinken və Ursula fon Der Ləyenin Nikol Paşinyanla 5 aprel görüşü haqda Miller deyib ki,  "Bu görüş Ermənistanda islahatlara, onun demokratiyasına, iqtisadiyyatına və davamlılığına həsr olunacaq. İrəvanla Bakı arasında sülh prosesi bu görüşün diqqət mərkəzində deyil." 

    Onun sözlərinə görə, danışıqlar iştirakçıları Ermənistan iqtisadiyyatının şaxələndirilməsini müzakirə edəcək, humanitar yardım və demokratiya və qanunun aliliyi kimi sahələrdə siyasi islahatlara dəstək məsələlərinə toxunacaqlar. M. Miller qeyd edib ki, “Bu görüşün regional istiqaməti yoxdur”.