XƏBƏRLƏR / Diplomatiya

ABŞ-ın Azərbaycandakı səfirinin müavini İranla sərhədə gedib

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb

ABŞ-ın Azərbaycandakı səfirinin müavini İranla sərhədə gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ səfirinin müavini vəzifəsini icra edən Mark Hernandez və səfirliyin bir qrup əməkdaşı bu gün Azərbaycanın cənubunda yerləşən Astara sərhəd-keçid məntəqəsinə səfər edib.

    Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

    “ABŞ səfirliyi ölkəyə daxil olan ABŞ vətəndaşlarına yardım göstərilməsi istiqamətində Azərbaycanın davamlı dəstəyini yüksək qiymətləndirir. Amerikalıların təhlükəsizliyi və onların təhlükəsiz şəkildə ölkəyə daxil olması bizim üçün ən yüksək prioritet olaraq qalır”, - məlumatda qeyd olunub.