XƏBƏRLƏR / Diplomatiya

Lavrov Tehrandadır YENİLƏNİB

İran KİV-i xəbər verir

Lavrov Tehrandadır YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 18:33

    Biz İranla birlikdə Qərbdəki həmkarlarımızın səbəb olduğu vəziyyətdən çıxış yollarını axtarmağa hazırıq.

    Bunu Tehranda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmkarı Abbas Araqçi ilə birgə mətbuat konfransında deyib.

    “Müzakirələr zamanı birtərəfli iqtisadi sanksiyaların qəbuledilməzliyini bəyan etdik. Buna görə də həmin məhdudiyyətlərin hər iki ölkənin iqtisadiyyatına təsirlərinin azaldılması üçün məqsədyönlü fəaliyyətimizi davam etdirəcəyik.

    Rusiyalı nazir Ukrayna böhranına yanaşmasına görə rəsmi Tehrana təşəkkür edib.

    Lavrov İranlı həmkarı ilə Suriya böhranı, eləcə də Ər-Riyadda ABŞ ilə danışıqlar məsələsini müzakirə etdiyini də söyləyib: “Suriyada daxili siyasi vəziyyət qeyri-sabit olaraq qalıb. Ayrı-ayrı regionlardakı separatçılıq meylləri və fikir ayrılıqları qəbuledilməzdir. Biz bu ölkədə vəziyyəti normallaşdırmaq istiqamətində səyləri davam etdirəcəyik. Bu yolda həmin ölkənin ərazi bütövlüyünün qorunması məsələsi son dərəcə vacibdir”.

    ***

    15:15

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Abbas Araqçinin dəvəti ilə Tehrana səfər edib.

    İran KİV-i xəbər verir ki, Sergey Lavrov Tehranda rəsmi danışıqlar aparacaq.

    Lavrovun iranlı həmkarı Abbas Araqçi ilə görüşəcəyi bildirilib.

    Nazirlərin Tehran-Moskva münasibətlərini müzakirə edəcəyi qeyd olunub və əlavə edilib ki, “danışıqlar zamanı enerji və nəqliyyat sahələrində əsas birgə layihələrin həyata keçirilməsi kontekstində qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi xüsusi vurğulanacaq.

    Məlumata görə, iki nazir həmçinin Suriya, Cənubi Qafqaz, Əfqanıstan, Yəmən və Körfəzdəki vəziyyət, Fələstin və Xəzər məsələləri, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyət də daxil olmaqla bir sıra aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

    Sergey Lavrov fevralın 23-24-də Ankaraya gedib və danışıqlar aparıb.

    Ukrayna müharibəsinin 3-cü ildönümündə Ankaraya səfər edən Lavrov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşüb.