BLOQ

ABŞ Cənubi Qafqaza yanaşmasına yenidən baxmalıdır

Bu barədə Amerikanın beyin mərkəzi olan "Atlantic Council"in məqaləsində yazılıb

ABŞ Cənubi Qafqaza yanaşmasına yenidən baxmalıdır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Cənubi Qafqaz ölkələrinə Rusiya və İrandan asılılığını azaltmağa kömək etməlidir

    ABŞ Cənubi Qafqaza müdaxilə edərək regionun çoxqütblü qarşılıqlı fəaliyyət modeli olmasına kömək etməli, eyni zamanda İran və ya Rusiyanın təsir riskini azaltmalıdır. Belə yanaşma hər üç Cənubi Qafqaz dövlətinin (Azərbaycan, Ermənistan, Gürcüstan) maraqlarına cavab verir ki, bu dövlətlərin hər biri çətin qonşuluqda strateji çevikliyi qoruyub saxlamağa çalışır.

    Bunu Amerikanın nüfuzlu beyin mərkəzi yazır.

    Müəllifin fikrincə, ABŞ siyasəti Cənubi Qafqaz ölkələrinin Rusiya və İrandan asılılığını azaldan və regional özünü təmin etməyə təşviq edən birgə təşəbbüsləri dəstəkləyə bilər.

    Qeyd olunur ki, Cənubi Qafqazda sabitliyin təmin edilməsi ABŞ-ın maraqları, xüsusən də Mərkəzi Asiya ölkələrindəki maraqları üçün vacibdir. Məqalədə vurğulanır ki, ABŞ və Aİ Mərkəzi Asiya ölkələrini enerji mənbələrinin və kritik mineralların tədarük zəncirlərinin şaxələndirilməsində tərəfdaş kimi görür. Onların şaxələndirilməsi Şərq-Qərb dəhlizlərinin genişləndirilməsini tələb edəcək ki, bu da özlüyündə Cənubi Qafqaz ölkələri və Türkiyə ilə əməkdaşlığı tələb edəcək.

    Atlantic Council