ABŞ-ın Moskvadakı səfirliyinin işi hələ bərpa olunmayacaq
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib
ABŞ-ın Moskvadakı səfirliyinin fəaliyyəti hələ tam şəkildə bərpa olunmayacaq, çünki hazırda iki ölkə arasında heç bir əlaqə yoxdur.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Yeni Media Festivalı"nın iştirakçıları ilə görüşündə deyib.
“Birləşmiş Ştatların Moskvadakı səfirliyinin fəaliyyəti bərpa olunmayıb və hələlik bu baş verməyəcək. Çünki de-fakto ikitərəfli münasibətlərimiz yoxdur”, - o bildirib.
Qeyd edək ki, 2021-ci ildə Moskva ABŞ diplomatik missiyası tərəfindən Rusiya və üçüncü ölkə vətəndaşlarının işə götürülməsinə məhdudiyyətlər tətbiq edib. ABŞ səfirliyi həmin il mayın 12-dən etibarən konsulluq xidmətlərinin sayını azaldacağını, eləcə də diplomatik səfərlər üçün nəzərdə tutulmayan viza sənədlərinə baxılmasını dayandıracağını bildirib.