XƏBƏRLƏR / Siyasət

ABŞ-ın vitse-prezidenti Vensin Azərbaycana səfəri başlayıb

Bu barədə Flightradar24 tədbiqi və FOX News TV məlumat verir FOTO/YENİLƏNİB

ABŞ-ın vitse-prezidenti Vensin Azərbaycana səfəri başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 18:10

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə məhdud tərkibdə görüşü başlayıb.

    ***

    18:01

    C.D. Vens Heydər Əliyev adına hava limanında Baş nazirin müavini Samir Şərifov və başqa rəsmi şəxslər qarşılayıb. 

    ABŞ-ın vitse-prezidentinin Prezident İlham Əliyevlə görüşü gözlənilir.

    ***

    16:48

    ABŞ-ın vitse-prezidenti C.D. Vens Yerevana səfərini başa vuraraq Bakıya gəlib.

    Təyyarə bu dəqiqələrdə Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edir.