XƏBƏRLƏR / Münaqişə

ABŞ-İran müharibəsində nələr baş verir?

YENİLƏNƏCƏK

ABŞ-İran müharibəsində nələr baş verir?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ ordusu İrandakı hərbi hədəflərə zərbələr endirib.

    Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

    "Zərbələr İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə təhdid imkanlarının daha da zəiflədilməsinə yönəldilib", - məlumatda bildirilib.

    İran mediasında yayılan məlumata görə, ABŞ ordusu Buşehrə hava zərbələri endirib. Hazırda zərərin miqyasının qiymətləndirilməsi aparılır.

    Bundan başqa, Tehranın şimal-şərq hissəsində hava hücumundan müdafiə (HHM) sistemləri işə salınıb.

    Çabahar və Künarək qırıcı təyyarələrin hücumuna məruz qalıb, partlayışlar baş verib.

    "Amerika ordusu Kirmanşah vilayətinin Kəngavər rayonuna hücum edib", - məlumatda bildirilib və əlavə edilib ki, Təbrizin qərb hissəsində də partlayış səsləri eşidilib.

    Həmçinin Xuzistan vilayətinin Bəhbəhan şəhəri və Məhşəhr limanının ərazisində partlayışlar qeydə alınıb.

    ***

    İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki Əli əl-Salem bazasındakı və Bubiyan adasındakı radar sistemlərinin məhv edildiyini açıqlayıb.

    "Nəsr-2 əməliyyatının 24-cü dalğası və ərazidəki radar sistemlərinin təmizlənməsi zamanı SEPAH qırıcıları erkən xəbərdarlıq radarına, Əli əl-Salem Hava Bazası yaxınlığındakı taktiki radar kompleksinə və Küveytin Bubiyan adasındakı başqa bir radar sisteminə zərbə endirərək onları məhv edib və sıradan çıxarıb", - açıqlamada deyilir.

    Küveyt hökuməti hələlik ölkə ərazisindəki hədəflərə endirilən zərbələri təsdiqləməyib.