XƏBƏRLƏR / Münaqişə

ABŞ İranla Türkmənistan arasındakı körpünü vurdu VİDEO

2025-ci ildə bu dəmir yolu ilə Çindən İrana ən azı 65 yük qatarı daxil olub YENİLƏNİB

ABŞ İranla Türkmənistan arasındakı körpünü vurdu VİDEO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • ABŞ Çin-Türkmənistan-İran dəmir yolu dəhlizinin Ağqala körpüsünü hədəfə alıb.

    Bu barədə “Fars” məlumat yayıb.

    14:28

    Məlumata görə, ABŞ bu gün səhər saatlarında İranın şimalında Gülüstan əyalətinin Ağqala şəhərinə hücumu zamanı Çin–Qazaxıstan–Türkmənistan–İnçəburun beynəlxalq dəhlizi üzərində yerləşən bir körpünü hədəfə alıb.

    Sözügedən marşrut Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsidir və Çinin Sian şəhərindən Tehrana qədər uzanır.

    Qeyd edilib ki, ötən il Çindən İrana ən azı 65 yük qatarı daxil olub. Agentliyin iddiasına əsasən, Tramp administrasiyasının İran limanlarına qarşı tətbiq etdiyi məhdudiyyətlərdən sonra xarici media məlumatlarına görə, bu marşrutla hərəkət edən qatarların sayı üç dəfə artıb.

    “Fars” agentliyi sonda vurğulayıb ki, Rusiyanın da ötən ilin noyabr ayından etibarən mallarını məhz bu dəmir yolu marşrutu vasitəsilə İrana göndərməyə başlaması məsələnin əsas məqamlarından biridir. Bu səbəbdən bəzi ekspertlər hücumu adi hərbi zərbədən daha geniş məna daşıyan addım kimi qiymətləndirirlər.

    ***

    10:36

    İran mediasının məlumatına görə, ABŞ qüvvələri Qorqan şəhərini (Gülüstan əyalətinin paytaxtı) Türkmənistanla sərhəddəki İnçe-Burun sərhəd keçid məntəqəsi ilə birləşdirən dəmir yolu marşrutundakı Ak-Təkə körpüsünə zərbə endirib. VİDEO1

    VİDEO2

    Bu xətt Xəzər dənizinin şərq sahili boyunca uzanan və İran, Türkmənistan, Qazaxıstan və Rusiyanın dəmir yolu şəbəkələrini Fars körfəzinə çıxışla birləşdirən Şimal-Cənub Nəqliyyat Dəhlizinin (şərq akkordu) bir hissəsidir.

    Ak-Təkə körpüsü Hörmüz boğazından təxminən 1450 km məsafədə yerləşir.