ABŞ martın 1-dən Venesuela ilə neft sazişini ləğv edəcək
Bunu ABŞ Prezidenti deyib

ABŞ Prezidenti Donald Tramp Venesuelanın Vaşinqtonla imzaladığı neft hasilatı müqaviləsinin şərtlərinə əməl etmədiyini deyib və martın 1-dən etibarən bu sazişin ləğv ediləcəyini açıqlayıb.
Tramp bunu “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Tramp vurğulayıb ki, sazişin ləğvi qərarının səbəbi təkcə neftlə bağlı şərtlərin pozulması deyil, həm də Venesuelanın ABŞ-dan deportasiya olunmuş miqrantların geri qaytarılması ilə bağlı öhdəliklərini yerinə yetirməməsidir.