ABŞ Məxfi Xidmətinin rəhbəri Trampa görə ifadə verəcək
ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi məlumat yayıb
 
                                    ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi Məxfi Xidmətin direktoru Kimberli Çitli 35-ci prezident Donald Trampın mitinqdə məruz qaldığı sui-qəsd cəhdinə görə təhlükəsizlik vəziyyəti ilə bağlı ifadə verməyə çağırmaq niyyətindədir.
Xarici KİV xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.
Çitl iyulun 22-də komitə iclasında iştirak edəcəyini təsdiqləsə də, ona çağırış vərəqəsi göndəriləcək. Direktor vəzifəsində olduğu müddətdə yaşanan bu hadisəyə görə Konqresə cavab verməlidir.
Bundan əvvəl ABŞ Məxfi Xidməti sui-qəsd cəhdindən sonra sabiq Prezident Donald Trampın təhlükəsizliyini seçki kampaniyasının sonuna qədər gücləndirib.
Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqə
									1 dəqiqə 
								 
            
             
            
             
            
             
            
             
            
            