XƏBƏRLƏR / Dünya

İlon Mask ABŞ Prezidenti ola bilərmi?

Məsələyə seçilmiş Prezident Donald Tramp aydınlıq gətirib

İlon Mask ABŞ Prezidenti ola bilərmi?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın seçilmiş Prezidenti Donald Tramp şayiələrə cavab verərək bildirib ki, Mask ABŞ-da anadan olmadığı üçün prezident ola bilməyəcək.

    "Hazırda yayılan fırıldaqlardan biri "Prezident Tramp prezidentliyi İlon Maska təhvil verdi". Xeyr, yox, bu baş vermir. Mask prezident postunu tutmayacaq. O, prezident olmayacaq. Mən deyə bilərəm. Və mən əminəm: "Bilirsən niyə? O ola bilməz. O, bu ölkədə doğulmayıb" deyib.

    Xatırladaq ki, qanuna əsasən, yalnız ABŞ-da doğulmuş şəxs prezidentliyə namizəd ola bilər. Cənubi Afrikada doğulan və 2002-ci ildə Amerika vətəndaşı olan İlon Mask bu tələblərə cavab vermir.