XƏBƏRLƏR / Dünya

Cənubi Koreyanın müdafiə naziri istefa verib

Bu barədə nazirin özü bildirib

Cənubi Koreyanın müdafiə naziri istefa verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cənubi Koreyanın müdafiə naziri Kim Yon Hyon istefa verib.

    “Yonhap” agentliyi xəbər verir ki, bu barədə nazirin özü bildirib.

    “Hərbi vəziyyətlə bağlı ictimaiyyət arasında çaşqınlıq yaratdığıma görə üzr istəyirəm. Bu məsələ ilə bağlı baş verənlərə görə məsuliyyət daşıyacağam”, - o deyib.

    Nazir Prezident Yun Sok Yola ölkədə hərbi vəziyyət elan olunması ilə bağlı təklif etməsi barədə mətbuatda yayılan xəbərləri təsdiqləyib.

    Qeyd olunur ki, aparıcı müxalifət “Toburo” Demokrat Partiyası nazirə qarşı impiçment təşəbbüsü irəli sürüb.