Qlobal bazarlar rekord həddə düşdü
Buna ABŞ Prezidenti Donald Trampın tarıf siyasəti səbəb olub

Çinin birja bazarı açılışda 10% itirib. Bu Trampın tarifləri səbəbindən 2008-ci ildən bəri ən pis hadisədir.
Bitcoin 75.000 dollardan aşağı düşdü.
Ethereum 1450 dollar ətrafında satılır - 2023-cü ilin oktyabrından bəri ən aşağı göstəricidir.
"Nasdaq" və S&P 500 fyuçersləri 5.4% və 3.84% itirib - 1987-ci ilin Qara Bazar ertəsi günündən bəri ən pis üç günlük eniş.
"Brent" nefti aprel ayında ilk dəfə olaraq 64 dollardan aşağı düşüb.
ABŞ tənəzzülə hazırlaşır.