XƏBƏRLƏR / Dünya

G7 dövlətləri İranı Rusiyaya dəstəyi dayandırmağa çağırıb

Bu barədə sammitin yekunlarına dair kommünikedə məlumat verilib

G7 dövlətləri İranı Rusiyaya dəstəyi dayandırmağa çağırıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • G7 dövlətlərinin liderləri İranı Ukrayna ilə müharibədə Rusiyaya dəstəyi dayandırmağa çağırıb.

    Bu barədə sammitin yekunlarına dair kommünikedə məlumat verilib.

    Sənəddə İrandan silahlı PUA-ların Rusiya tərəfinə verilməsini dayandırmağa çağırılıb.

    G7 ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq İranın davam edən "sabitliyi pozan fəaliyyətləri", o cümlədən raketlər, pilotsuz uçuş aparatları (PUA) və əlaqəli texnologiyaların dövlət və qeyri-dövlət aktorlarına və proksi qruplara təhvil verilməsindən ciddi narahat olduqlarını bildiriblər.

    Bundan əvvəl məlum olub ki, ABŞ administrasiyasını İranın raket və pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması və istehsalı proqramlarını dəstəkləyən şəxslərə qarşı sanksiyalar tətbiq etməyə məcbur edən qanun layihəsi bir sıra ABŞ konqresmenləri tərəfindən təqdim edilib.

    Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır, ehtimal ki, bu sanksiyalar İran, Çin, BƏƏ, Ermənistan və Özbəkistandakı 35-dən çox şirkətə Rusiyanın hərbi sənaye kompleksini dəstəklədiyinə görə təsir edəcək.