XƏBƏRLƏR / Dünya

BMT diplomatı Qəzzada baş verənlərə görə istefa verdi

Bu barədə Qərb mətbuatı məlumat yayıb

BMT diplomatı Qəzzada baş verənlərə görə istefa verdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • BMT-nin İnsan Haqları üzrə Nyu-York ofisinin direktoru Kreyq Mokhiber istefa verib.

    Bu barədə Qərb mətbuatı məlumat yayıb.

    Qeyd edilib ki, o, BMT-nin Qəzzada baş verənləri dayandırmaqda “uğursuzluğuna” görə istefa verib.

    Kreyq Mokhiber Qəzzada baş verənləri soyqırım adlandıraraq, BMT-nın bunun qarşısını almaqda aciz olduğunu vurğulayıb.