ABŞ-ın vitse-prezidentindən etiraf
"Baydenin Trampla televiziya debatındakı çıxışı onun üçün yaxşı olmayıb"
ABŞ-ın vitse-prezidenti Kamala Harris etiraf edib ki, Prezident Cozef Baydenin (demokrat) respublikaçı Donald Trampla televiziya debatındakı çıxışı onun üçün yaxşı olmayıb.
Bu barədə CNN məlumat yayıb.
“Mən tam əminliklə deyirəm ki, biz seçkilərdə qalib gələcəyik. Tramp demokratiya üçün təhlükə yaradır və qarşıdan gələn noyabr seçkilərində üstünlüyü həmişəkindən daha yüksəkdir. Bir iyun gününə görə heç nə dəyişməməlidir”, - deyə o qeyd edib.
Xatırladaq ki, Demokrat Partiyasının donorları ABŞ Prezidenti Cozef Baydenin debatdakı çıxışından sonra namizədin əvəzlənməsinin lazım olduğu qənaətinə gəliblər.